Sadeq Xalxali

Sadeq Xalxali
fars. صادق خلخالی
İslam Şurası Məclisinin üzvü[d]
28 may 1980 – 28 may 1992
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1926(1926-07-27)
Doğum yeri
Vəfat tarixi 26 noyabr 2003(2003-11-26) (77 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi
Dəfn yeri
Partiya
  • Kombatant Din Xadimləri Assosiasiyası[d],
  • Kombatant Ruhaniləri Assosiasiyası[d]
Təhsili Qum Mədrəsəsi
İxtisası İlahiyyatçı
Fəaliyyəti Ruhani xadim
Uşağı 3
Dini İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "peşəsi" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "ilk adı" (bu yazı yalnız sınaq görünüşündə görünür.).
Xəbərdarlıq: Vəzifəli şəxs şablonunu naməlum parametrlə işlədən səhifə. Naməlum parametr: "partiyalılığı" (bu yazı yalnız sınaq görünüşündə görünür.).

Məhəmməd Sadeq Xalxali (fars. صادق خلخالی‎; 27 iyul 1926-cı il, Qivi, Xalxal, Ərdəbil ostanı — 26 noyabr 2003-cü il, Tehran) — İranın dini lideri və teokratik siyasətçisi, ayətullah və hakim, İslam inqilabının lideri Ayətullah Xomeyninin yaxın silahdaşı. 1979–1980-ci illərdə — İslam İnqilab Məhkəməsinin sədri. İslam respublikasının teokratik rejiminin əleyhdarlarına qarşı dövlət terroru siyasəti yürüdürdü. O, şəxsən yüzlərlə adama ölüm hökmünü çıxararaq, "adam asan hakim" ləqəbini qazanıb. Korrupsiya ittihamı ilə istefaya göndərilmişdir. 1983–1991-ci illərdə — Ekspertlər Şurasının üzvü olmuşdur. 1989-cu ildə Seyyid Əli Hüseyni Xameneini İranın Ali Rəhbəri vəzifəsinə namizədliyi təklifini vermişdir.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy